Güləşçilərimiz Rusiyada 4 medal qazanıb

Güləşçilərimiz Rusiyada 4 medal qazanıb
  14 Oktyabr 2019    Oxunub:1810
Oktyabrın 11-13-də Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirə turniri keçirilib.
Azvision.az xəbər verir ki, ənənəvi yarışda böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında çıxış edən Azərbaycan pəhləvanlarından dördü fəxri kürsüyə qalxıb.

Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Pərviz İbrahimov (57 kq) ilə Hacımurad Hacıyev (74 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Memorialda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.

Azvision.az



Teqlər: Güləş   Yarış   Medal  





Xəbər lenti