İran XİN: Səudiyyə Ərəbistanı ilə dialoqa hazırıq

   İran XİN:    Səudiyyə Ərəbistanı ilə dialoqa hazırıq
  13 Oktyabr 2019    Oxunub:2377
İran Səudiyyə Ərəbistanı ilə dialoqa hər zaman hazırdır.
Azvision.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, İran ilə Səudiyyə Ərəbistanı yaxın qonşulardır və bu qonşuluq daimi xarakter daşıyır.

"Nə İran, nə də Səudiyyə Ərəbistanı regiondan köçüb getməyəcək. Buna görə də problemlərin danışıqlar yolu ilə həll edilməsi vacibdir".

XİN rəhbəri qeyd edib ki, Körfəz dövlətləri öz aralarındakı mübahisələri həll etmək iqtidarında olduqları üçün başqa ölkələrin buraya müdaxiləsi əlavə problemlər yaradır.

Azvision.az



Teqlər: İran   XİN   Zərif   Nazir  





Xəbər lenti