Türkiyə ordusu 480 terrorçunu məhv edib - Yenilənib

 Türkiyə ordusu 480 terrorçunu məhv edib -  Yenilənib
  13 Oktyabr 2019    Oxunub:4327
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində 480 terroçu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hazırda əməliyyatlar davam edir.

***
Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi "Barış Pınarı" antiterror əməliyyatı uğurla davam edir.

Azvision.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi əməliyyat zamanı zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb. Bildirilib ki, indiyədək 459 terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb.

Azvision.az



Teqlər: Türkiyə   Barış-Pınarı   Əməliyyat   Suriya   PKK  





Xəbər lenti