Dörd ölkə Türkiyəyə silah satışını dayandırır

 Dörd ölkə Türkiyəyə silah satışını dayandırır
  13 Oktyabr 2019    Oxunub:3720
Almaniya hökuməti Türkiyə ilə bağlı kritik qərar qəbul etməyə hazırlaşır.

Azvision.az -ın məlumatına görə, Almaniyanın xarici işlər naziri Heiko Maas ölkəsinin Türkiyəyə silah satışını dayandıracağını bəyan edib.
Onun sözlərinə görə, belə bir addımın atılması Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə əlaqədardır. Belə ki, rəsmi Berlin Türkiyə ordusunun oktyabrın 9-da başlatdığı antiterror əməliyyatını dəstəkləmədiyini açıqlayıb.

Bundan əlavə, Norveç, Finlandiya və Niderland da Türkiyəyə silah satışını dayandıracaqlarını elan ediblər.

Xatırladaq ki, Almaniya 2018-ci ildə Türkiyəyə 268 milyon dollar dəyərində silah satıb.

Rüstəm İsmayılov
Azvision.az


Teqlər: Türkiyə   Almaniya   Silah  





Xəbər lenti