14 yaşlı şahmatçımız dünya çempionu olub

  12 Oktyabr 2019    Oxunub : 1544
14 yaşlı şahmatçımız dünya çempionu olub
Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu olub.
Azvision.az xəbər verir ki, Hindistanda keçirilən yarışda A.Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisini məğlub edərək çempion tituluna sahib olub.

O, keçirdiyi 11 oyunun 7-də qələbə qazanıb, 4-də heç-heçə edib. Ümumilikdə 9 xal toplayan həmyerlimiz dünya çempionu olub.

Qeyd edək ki, 6 yaşından şahmatla məşğul olan A.Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa çempionudur.

Azvision.az

Teqlər: Şahmat   Dünya-Çempionu