Qazaxıstan Suriya üzrə qarant dövlətləri yeni danışıqlara çağırdı

Qazaxıstan Suriya üzrə qarant dövlətləri yeni danışıqlara çağırdı
  12 Oktyabr 2019    Oxunub:2027
Suriya böhranının nizamlanması üzrə Astana prosesi getdikcə daha çox aktuallıq kəsb edir.
Azvision.az "RİA-Novosti"-yə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi bildirib.

Onun sözlərinə görə, Suriya məsələsi üzrə qarant dövlətlər (Rusiya, Türkiyə, İran) yenidən danışıqlar masasına əyləşməlidirlər.

"Hazırda Astana prosesi daha böyük əhəmiyyət kəsb edir, qarant dövlətlərin yenidən danışıqlar masasına əyləşib, Suriyada baş verən hadisələri müzakirə etmələrinə zərurət var. Qazaxıstan bu dialoqu təşkil etməyə hazırdır”, - deyə XİN rəhbəri bəyan edib.

P.Sultanova
Azvision.az




Teqlər: Qazaxıstan   Suriya   Astana  





Xəbər lenti