Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı

Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı
  12 Oktyabr 2019    Oxunub:12535
Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissəsində yerləşən “Keşikçidağ” kompleksindəki kilsələrindən biri açılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik-Gürcüstan” məlumat yayıb.

"Artıq kilsələrdən birinə yol açılıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, oktyabrın 9-da ilk xarici səfərini Azərbaycana edən Gürcüstanın yeni Baş naziri Giorgi Qaxariya Prezident İlham Əliyevlə görüşdə “Keşikçidağ” kompleksi ilə bağlı məsələnin müzakirə olunduğunu bildirib. O, səfərdən sonra hökumətin iclasında deyib ki, Azərbaycan Prezidenti ilə görüşdə din xadimləri üçün gürcü kilsələrinin açılması barədə razılıq əldə olunub.

P.Sultanova
Azvision.az


Teqlər: Keşikçidağ   Kilsə  





Xəbər lenti