“Barış pınarı”nda 415 terrorçu məhv edilib

“Barış pınarı”nda 415 terrorçu məhv edilib
  12 Oktyabr 2019    Oxunub:2682
“Barış pınarı” antiterror əməliyyatı nəticəsində indiyədək 415 terrorçu zərərsizləşdirilib.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Fərat çayının şərqində həyata keçirilən "Barış pınarı” əməliyyatı gecə boyu müvəffəqiyyətlə davam edib. Terror təşkilatı PKK/PYD-YPG-nin mövqeləri qurudan və havadan vurulub. Əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 415 nəfərə çatıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb.

P.Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Suriya   Barış-pınarı  





Xəbər lenti