Yəhudi ekspert: “İsrail Ermənistanda səfirlik açmayacaq”

     Yəhudi ekspert:    “İsrail Ermənistanda səfirlik açmayacaq”
  12 Oktyabr 2019    Oxunub:2844
"Ermənistanda İsrail səfirliyinin açılması planlaşdırılmır"

Azvision.az xəbər verir ki, bunu siyasi ekspert, İsrailin sabiq deputatı Aleksandr Tsinker deyib. Onun sözlərinə görə, ölkəsinin Ermənistanda səfirlik açmaq niyyəti yoxdur.
A.Tsinker hesab edir ki, İsrail iki səbəbdən İrəvanda səfirliyinin olmasında maraqlı deyil. Bunlar iqtisadiyyatı zəif olan Ermənistanla İsrail arasında ticari-iqtisadi əlaqələrin çox zəif olması və monoetnik siyasət aparan bu ölkədə yəhudi icmasının olmaması ilə əlaqədardır.

Qeyd edək ki, Ermənistan hökuməti İsraildə özünün səfirliyini açmaq barədə qərar qəbul edib.

Azvision.az



Teqlər: İsrail   Səfirlik   Ermənistan  





Xəbər lenti