“Bizi təhdid edirlər ki, əməliyyatı dayandıraq” - Ərdoğandan cavab
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Qərb və Amerika PKK-nı terror təşkilatı kimi tanısa da, PYD/YPG-yə qarşı münasibət fərqlidir.
Ərdoğan, həmçinin Türkiyə orusunun Suriyanın şimalında həyata keçirdiyi "Barış Pınarı" antiterror əməliyyatının dayandırılması ilə bağlı çağırışlara da münasibət bildirib: "Kim nə deyirsə desin. Biz əməliyyatları dayandırmayacağıq. Bizə təhdidlər gəlir ki, əməliyyatı dayandırın. Trampa və digərlərinə dedim, terrorun qarşısını alacaqsanızsa alın. Amma bunu etmədilər. İndi biz öz qərarımızı özümüz veririk. Orada yaşayan insanların hüquqlarını qoruyuruq".
Azvision.az
Teqlər: Türkiyə Suriya PKK Barış-Pınarı