“Barış pınarı”: 15 kənd terrorçulardan azad edilib

      “Barış pınarı”:    15 kənd terrorçulardan azad edilib
  12 Oktyabr 2019    Oxunub:2550
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış pınarı” əməliyyatı uğurla davam edir.

Azvision.az xəbər verir ki, antiterror əməliyyatının ilk üç günündə 342 terrorçu zərərsizləşdirilib, 15 kənd terrorçulardan azad edilib.
Terrorçuların nəzarətində olan Tel Rıfat şəhərindən türk hərbçilərinin olduğu Azez şəhərinə havadan hücum edilib. Hücum nəticəsində beş əsgər yaralanıb. Yaralı əsgərlərin ikisi həyatını itirib.

Bundan əlavə, üç gündə terrorçular tərəfindən dinc əhaliyə qarşı hücumlarda 7 nəfər həlak olub, 85 nəfər yaralanıb.

Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhəd ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Azvision.az


Teqlər: Türkiyə   Suriya   Barış-Pınarı  





Xəbər lenti