Dünyanın ən təhlükəli insanı öldürüldü

  Dünyanın ən təhlükəli insanı öldürüldü
  11 Oktyabr 2019    Oxunub:2626
"Əl-Qaidə" lideri Usama Bin Ladendən sonra dünyanın ən təhlükəli terrorçusu hesab edilən İbrahim əl-Asiri öldürülüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. Terrorçu liderin ölümünü təsdiqləyən Tramp əl-Asirin iki il əvvəl Amerikaya məxsus pilotsuz uçuş aparatı vasitəsilə zərərsizləşdirildiyini deyib.

Hadisə 2017-ci ildə baş versə də, indiyədək bu barədə hər hansı məlumat verilməmişdi.

Azvision.az



Teqlər: Tramp   Terror  





Xəbər lenti