Türkiyə ordusu 11 kəndi terrorçulardan azad edib

 Türkiyə ordusu 11 kəndi terrorçulardan azad edib
  11 Oktyabr 2019    Oxunub:2935
Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı başlatdığı “Barış pınarı” əməliyyatı uğurla davam edir.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün terrorçulara məxsus düşərgələrə sarsıdıcı zərbələr endirilib, azı 109 yaraqlı zərərsizləşdirilib.
Son məlumatlara görə, antiterror əməliyyatları nəticəsində Suriyanın Tel Abyad və Rasulayn şəhərlərinin 11 kəndi terrorçulardan azad edilib. Hazırda digər kəndlərin terrorçulardan təmizlənməsi istiqamətində əməliyyatlar aparılır.

Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhəd ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Azvision.az



Teqlər: Türkiyə   Suriya   PKK   Terror  





Xəbər lenti