Türkiyəyə raket hücumu: 6 ölü, 70 yaralı (YENİLƏNİB)

 Türkiyəyə raket hücumu:  6 ölü, 70 yaralı (YENİLƏNİB)
  10 Oktyabr 2019    Oxunub:5467
Türkiyənin Suriya ilə sərhədə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələri raket atəşinə məruz qalıb.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular Şanlıurfa şəhərinin Akçakale, Birecik ve Ceylanpınar, Mardinin Nusaybin rayonlarını hədəfə alıblar.
Son məlumatlara görə, atılan raketlər nəticəsində 6 nəfər həlak olub, 70 sakin xəsarət alıb. Yaralıların arasında uşaqlar və qadınlar da var.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Barış Pınarı" adlı antiterror əməliyyatına başlayıb.

Azvision.az



Teqlər: Türkiyə   Suriya   Raket  





Xəbər lenti