Paşinyan ölən hərbçilərin analarını aldatdı - Yenidən etirazlar başlayır

 Paşinyan ölən hərbçilərin analarını aldatdı -  Yenidən etirazlar başlayır
  10 Oktyabr 2019    Oxunub:2408
Ermənistanda həlak olmuş hərbçilərin anaları və yaxınları yenidən etiraz aksiyalarına başlayır.
Azvision.az “aysor.am”a istinadən xəbər verir ki, “Əsgər” ictimai təşkilatının koordinasiya şurasının sədri Marqarita Xaçatryan öz mübarizələrində qətiyyətli olduqlarını deyib.

“Baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl xarici səfərindən sonra ölən hərbçilərin analarını qəbul edəcəyinə vəd vermişdi, amma bu günə qədər görüş baş tutmayıb. Biz Paşinyana xatırlatmaq istəyirik ki, baş nazir, əgər maddi vəsaitiniz varsa, amma onu hara sərf edəcəyinizi bilmirsinizsə, bu analar ümidlə sizi gözləyir. Biz baş nazirlə görüş gözləyirik, amma yanvarın 5-dən bəri hər hansı bir açıqlamamıza cavab yoxdur. Əgər problemimiz müsbət həll olunmasa, ölüm şəhadətnamələrini hökumətə verib, övladlarımızın geri qaytarılmasını tələb edirik. Əgər hökumət küçə mübarizəsinin iştirakçılarının məsələsini həll edə bilibsə, onda həlak olmuş əsgərlərin analarının problemini də həll etsin", - deyə Xaçatryan əlavə edib.

Xatırladaq ki, "Əsgər" ictimai təşkilatının koordinasiya şurası həlak olmuş hərbi qulluqçuların ailələrinə və əlil olan hərbçilərə hökumətin müəyyən etdiyi yeni standartlara uyğun olaraq, 30 milyon dram məbləğində birdəfəlik yardım göstərməyi tələb edir.

P.Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti