“Zirə”nin yeni baş məşqçisi məlum oldu

“Zirə”nin yeni baş məşqçisi məlum oldu
  09 Oktyabr 2019    Oxunub:2187
"Zirə"nin yeni baş məşqçisi bəlli olub.
Azvision.az xəbər verir ki, klub Zaur Həşimova həvalə olunub. Bu gün klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib və razılıq əldə olunub. Zaur Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.

Qeyd edək ki, Zaur Həşimov daha əvvəl 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər "Zirə"də əsas komandanın məşqçilər korpusunda yer alıb.

Azvision.az


Teqlər: Zirə   Klub  





Xəbər lenti