Almaniyada insanlara atəş açıldı - Ölənlər var

Almaniyada insanlara atəş açıldı -  Ölənlər var
  09 Oktyabr 2019    Oxunub:3247
Almaniyanın Halle şəhərində naməlum şəxs insanlara atəş açıb.
Azvision.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, silahlı hücum nəticəsində azı iki nəfər ölüb, yaralılar var. Atışma şəhərdəki sinaqoqun yaxınlığında baş verib. Silahlı şəxs həmçinin qumbara da atıb.

Polis sakinləri evdə qalmağa çağırıb, cinayətkarın avtomobillə ərazidən qaçdığı bildirilir.

P.Sultanova
Azvision.az



Teqlər: Almaniya   Polis  





Xəbər lenti