Koçaryan əməliyyat olunub

Koçaryan əməliyyat olunub
  09 Oktyabr 2019    Oxunub:1882
Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan əməliyyat olunub.
Azvision.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə eks-prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib.

"Bu, sadə bir əməliyyat idi və yaxşı keçdi”-, deyə Soqomonyan təfərrüatları açıqlamadan vurğulayıb. Koçaryanın xəstəxanada neçə gün qalacağına gəlincə, o, hələ dəqiq məlumatın olmadığını bildirib.

Xatırladaq ki, oktyabrın 8-də Koçaryan “İzmirlyan” tibb mərkəzinə köçürülüb, o, iki dəfə tibbi müayinədən keçib. Soqomonyan ikinci prezidentin ciddi problemlərinin olmadığını və bir müddət sonra onun səhhətinin tam bərpa olunacağını söyləyib.

Koçaryan 1 mart 2008-ci ildə keçirilən etirazları dağıtmaqda, konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur. O, 2018-ci ildə iki dəfə həbs edilib. Bu ilin 25 iyun tarixində isə üçüncü dəfə həbsinə qərar verilib.

P.Sultanova
Azvision.az


Teqlər: Koçaryan   Əməliyyat  





Xəbər lenti