Lavrov və Çavuşoğlu Suriyanı müzakirə edib

   Lavrov və Çavuşoğlu Suriyanı müzakirə edib
  08 Oktyabr 2019    Oxunub:1866
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında bildirilib.

Qeyd olunub ki, tərəflər Suriya böhranının nizamlanmasını müzakirə ediblər:

"Nazirlər Suriyanın şimal-şərqindəki vəziyyətə xüsusi diqqət yetirərək, nizamlanma prosesini ətraflı müzakirə ediblər".

Lavrov və Çavuşoğlu bütün sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının daha da gücləndirilməsi və inkişafı üçün intensiv dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

P.Sultanova
Azvision.az


Teqlər: Rusiya   Türkiyə   XİN   Lavrov   Çavuşoğlu  





Xəbər lenti