Müsəlmanları təqib edənlər "qara siyahı"ya salındı

Müsəlmanları təqib edənlər "qara siyahı"ya salındı
  08 Oktyabr 2019    Oxunub:5512
ABŞ Ticarət Nazirliyi Çində uyğurların və müsəlmanların hüquqlarının pozulmasında iştirak etdiyi üçün 28 Çin təşkilatını "qara siyahı"ya salıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu təşkilatlar Sintszyan-Uyğur muxtar rayonunda uyğurlara, qazaxlara və digər müsəlmanlara qarşı aparılan repressiya, kütləvi həbslər və elektron nəzarət kampaniyasında iştirak ediblər. Bununla da birbaşa insan hüquqlarını pozublar və səlahiyyətlərindən sui-istifadə ediblər.

Ekspertlərin fikrincə, Çinin böyük şirkətlərinə qarşı sanksiyaların genişləndirilməsi bu həftə Vaşinqtonda davam etdirilməli olan ABŞ və Çin arasındakı danışıqlara maneədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti