“Ukraynanı rəqiblərimizə “hədiyyə” etdik” - Lukaşenko

  08 Oktyabr 2019    Oxunub : 1828
 “Ukraynanı rəqiblərimizə “hədiyyə” etdik” - Lukaşenko
“NATO Ukraynanı ona “hədiyyə” etdiyimiz üçün təşəkkür etməlidir”.

Azvision.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə "Avropa Təhlükəsizliyi: Uçurumun kənarından uzaqlaş" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Şərqlə Qərb hələ SSRİ zamanından, xüsusən də hərbi sahədə həmişə bir-birinə qarşı olub. Bu qarşıdurmalar isə Ukraynadakı hadisələrə səbəb olub.

"Bu gün biz Ukraynanı rəqiblərimizə sadəcə “hədiyyə” etdik. Öz əlləri ilə Ukraynanı verdilər. Buna görə amerikalılar və NATO bizə təşəkkür etməlidir”.

Lukaşenko hesab edir ki, Ukraynadakı münaqişələri həll etmək mümkündür: “Ukraynanın diaqnozu qoyulub. Hansısa bir xəstəliyi sağaldan kimi bunun da müalicəsinə başlamaq lazımdır. Oradakı hökumət, prezident, əlbəttə ki, hər şeyə qadir deyil. Nə daxildən, nə də xaricdən ona istədiyi şeyi etməyə heç kim icazə verməz. Ancaq onun bu problemi həll etmək istədiyinə əminəm. Ukrayna hakimiyyəti ölkədəki münaqişəni necə həll edəcəyini başa düşür. Rusiya və Avropa İttifaqı, ilk mərhələdə hətta ABŞ münaqişənin həllinə, Ukraynanın bütövlüyünün və müstəqilliyinin qorunmasına kömək edərsə, problem həll ediləcək",- deyə Lukaşenko əlavə edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Belarus