“İlham Əliyev Paşinyana çox savadlı cavab verib” – Erməni tarixçi

  07 Oktyabr 2019    Oxunub : 8567
 “İlham Əliyev Paşinyana çox savadlı cavab verib” – Erməni tarixçi
“Mən yüksək tribunalardan “Ararat bizim dağdır, bizim dağdır, bizim dağdır” ruhunda (bu, bir erməni mahnısıdır – red.) xarici siyasət nəğmələri eşitmək istəmirəm”. Bu sözləri erməni tarixçi, Matenadaran İnstitutunun elmi işçisi Qayane Ayvazyan deyib.
Valday klubunun toplantısında Azərbaycan prezidenti İlham Əliyevin “Qarabağ – Azərbaycandır və nida!” bəyanatına münasibət bildirən Ayvazyan “epress.am” saytına açıqlamasında Ermənistan mediasının və məmurlarının həmin fikrə yanaşmalarını belə şərh edib:

- İlham Əliyev Paşinyanın irəli sürdüyü iki zidd fikrə cavab verdi: a) Qarabağ – Ermənistandır və nöqtə; b) Məsələnin həlli Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ xalqları üçün məqbul olmalıdır. Erməni mediası çıxışın məhz “Qarabağ Azərbaycandır və nida!” hissəsini yaymaqla, ehtirasları qızışdırır. Erməni məmurları bunu şişirdirlər. Amma özün hansı dildə danışırsansa, o dildə cavab almağın da tamamilə təbiidir.

Tarixçinin sözlərinə görə, çıxışın Ermənistan mətbuatı tərfindən qulaqardına vurulan ikinci hissəsində İlham Əliyev Paşinyana çox ağıllı irad tutaraq, bildirib ki, Dağlıq Qarabağ xalqı yoxdur, Dağlıq Qarabağın bərabər hüquqlara malik azərbaycanlılar və ermənilərdən ibarət əhalisi var.

- Bu, çox savadlı formuldur, mən erməni tərəfin buna cavabını eşitmək istəyərdim, Əliyevin necə qorxulu olması haqqında nağıllar yox,- deyə tarixçi vurğulayıb.

Leyla
Azvision.az

Teqlər: Qarabağ   Ayvazyan