Saakaşvilinin qaçırılması ilə bağlı cinayət işi açıldı

  Saakaşvilinin qaçırılması ilə bağlı cinayət işi açıldı
  07 Oktyabr 2019    Oxunub:3484
Ukraynanın Baş hərbi prokurorluğu Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin 2018-ci ildə oğurlanması və deportasiya edilməsi ilə bağlı cinayət işi açıb.
Azvision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Saakaşvili həmin vaxt Ukraynanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Kiyevdəki restoranlardan birində saxlanılıb və Polşaya göndərilib.

Saakaşvili Ukraynanın keçmiş lideri Petro Poroşenkonun şəxsi sifarişi əsasında qaçırıldığını və ölkədən qanunsuz çıxarıldığını iddia edir. O, daha əvvəl Ukraynanın baş prokuroruna müraciət etmək niyyətində olduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Saakaşvili   Ukrayna  





Xəbər lenti