“Qarabağ”ın rəqibi “Barselona”ya uduzdu

  07 Oktyabr 2019    Oxunub : 892
“Qarabağ”ın rəqibi “Barselona”ya uduzdu
Futbol üzrə İspaniya La Liqasında 8-ci turun mərkəzi oyunu keçirilib.
Azvision.az xəbər verir ki, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sevilya” son ölkə çempionu “Barselona” ilə qarşılaşıb. Maraqlı epizodlarla yadda qalan görüş “Barselona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 16-ya çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 13 xalla 6-cı sıradadır.

Azvision.az

Teqlər: Barselona   Qarabağ   Sevilya