Qubernator iğtişaşlara görə istefaya göndərildi

Qubernator iğtişaşlara görə istefaya göndərildi
  06 Oktyabr 2019    Oxunub:4806
İraqın Bağdad vilayətinin qubernatoru Fallah əl-Cazairi istefaya göndərilib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onun səlahiyyətini müvəqqəti olaraq Bağdad vilayət Şurası yeninə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-dən başlayaraq İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar keçirilir. İndiyədək aksiyalarda baş verən toqquşmalar nəticəsində 113 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.

Azvision.az



Teqlər: İraq   Bağdad   Qubernator  





Xəbər lenti