Ermənstanda 3 nəfər güllələnərək öldürülüb

Ermənstanda 3 nəfər güllələnərək öldürülüb
  05 Oktyabr 2019    Oxunub:6014
Ermənistanıda üç nəfərin ölümü nəticələnən silahlı insident baş verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə oktyabrın 4-də gecə saatlarında Lor vilayətinin Vanadzor rayonunda baş verib. Belə ki, Miçurin küçəsində yerləşən evlərdən birinin zirzəmisində güllə yarasından ölən iki nəfərin meyiti aşkarlanıb.

Bundan başqa 6 nəfər yaralı şəxs Vanadzor Şəhər Xəstəxanasına gətirilib. Onlardan biri xəstəxanaya gətirilərkən yolda ölüb.

Hadisə ilə bağlı adı açıqlanmayan Vanadzor sakini saxlanılıb. Hazırda silahlı insidentin digər üzvləri axtarılır.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti