İraqda ölənlərin sayı 73 nəfərə çatıb

İraqda ölənlərin sayı 73 nəfərə çatıb
  05 Oktyabr 2019    Oxunub:1328
İraqda baş verən iğtişaşlarda ölənlərin sayı 73 nəfərə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, etiraz aksiyaları nəticəsində 3 mindn çox yerli sakin yaralanıb.

Qeyd edək ki, artıq 4-cü gündür Bağdadla yanaşı, İraqın Kərbəla, Bəsrə, Divaniyə kimi böyük şəhərlərində də kütləvi etiraz aksiyaları keçirilir.

Etirazçılar hökumətin istefasını, ölkədə həyat şəraitinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil və əmək bazarındakı problemlərin həlli edilməsini, korrupsiya ilə mübarizə aparılmasını tələb edirlər.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: İraq  





Xəbər lenti