“Fənərbağça” öz meydanında məğlub oldu

“Fənərbağça” öz meydanında məğlub oldu
  05 Oktyabr 2019    Oxunub:1816
Türkiyə Super Liqasında VII turun oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, turun açılış qarşılaşmasında "Fənərbağça" klubu "Antalyaspor"u qəbul edib. "Şükrü Saracoğlu" stadionunda keçirilən görüş maraqlı anlarla yadda qalsa da, sevinən tərəf qonaqlar olub.

Belə ki, Ufuk Akyolun 6-cı dəqiqədə vurduğu qol matçın taleyini həll edib. Bununla da, "Fənərbağça" doğma meydanda "Antalyaspor"a 0:1 hesabı ilə məğlub olub.

Azvision.az



Teqlər: Fənərbağça  





Xəbər lenti