AFFA-nın baş katibi millimizin üzvləri ilə görüşüb

AFFA-nın baş katibi millimizin üzvləri ilə görüşüb
  04 Oktyabr 2019    Oxunub:1551
Oktyabrın 4-də AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb. Komandanın baş məşqçisi Samir Əliyev oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə AFFA rəhbərliyinə təşəkkür edib, seçmə mərhələdə uğurlu çıxış etmək üçün çalışacaqlarını bildirib.

Görüşdə İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın Texniki direktoru Bernhard Lippert iştirak ediblər.

Xatırladaq ki, U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Norveç, üç gün sonra Çexiya, ayın 15-də isə San-Marionunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qrupun oyunları Çexiyada keçiriləcək.

Azvision.az



Teqlər: AFFA   Baş-Katib  





Xəbər lenti