Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu

 Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu
  04 Oktyabr 2019    Oxunub:7442
Teymur Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kubokunun qalibi olub.
Azvision.az xəbər verir ki, oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən turnirin finalında çinli Liren Dinqi məğlub edib.

Qrossmeysterlər finalda 10 görüş keçiriblər. Şahmatçılar arasında dörd klassik partiya oynanılıb. Klassik partiyanın birinci görüşündə zəka ustaları xalları yarı bölüblər. İkinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada 45-ci gedişdə rəqibini məğlub edib. Şahmatçıların dördüncü görüşündə də heç-heçə qeydə alınıb - 2:2.

Finalda qalib müəyyənləşmədiyi üçün oktyabrın 4-də tay-breyk qarşılaşmaları oynanılıb. Tay-breyk çərçivəsində dörd rapid yarışında da qalib müəyyənləşməyib - 2:2. Bilts partiyasında isə ardıcıl iki görüşdə qələbə qazanan T.Rəcəbov turnirin qalibi olub.

Beləliklə, rəqibini 6:4 hesabı ilə məğlub edən T.Rəcəbov Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub.

Azvision.az



Teqlər: TeymurRəcəbov  





Xəbər lenti