Putin ad gününü təbiətin qoynunda qeyd edəcək

  04 Oktyabr 2019    Oxunub : 1207
 Putin ad gününü təbiətin qoynunda qeyd edəcək
Rusiya prezidenti Vladimir Putin bu il doğum gününü qohum və dostlarının əhatəsində təbiətin qoynunda qeyd edəcək.

Azvision.az xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, bu il oktyabrın 7-də Putinin 67 yaşı tamam olacaq. O,adətən doğum günlərini işlə bağlı tədbirlərdə keçirir. Məsələn, 2017-ci ildə Rusiya prezidenti ad günündə Soçidə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclasda iştirak etmişdi.

Əvvəlki illərdə isə Putin doğum günündə xokkey maçına qatılıb, yaxud da məzuniyyət götürərək Sibir tayqasına üz tutub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Putin