Millimizin Fransaya qarşı heyəti açıqlandı

Millimizin Fransaya qarşı heyəti açıqlandı
  04 Oktyabr 2019    Oxunub:1786
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 6-7-də, həmçinin 12-dən 16-dək Bakıda, ayın 8-dən 11-dək isə Fransada təlim-məşq toplanışında olacaq.
Azvision.az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 10-da Kale şəhərindəki “Stade de l'Épopée”də Fransanın, ayın 15-də isə Sumqayıtdakı “Kapital Bank Arena”da İsveçrənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Azərbaycan millisinin hər iki oyun üçün heyəti açıqlanıb. Heyətə Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev (“Keşlə”), Nicat Mehbalıyev (“Sumqayıt”), Amin Seydiyev (“Qəbələ”), Turan Manafov (“Səbail”), Murad Qayalı (“Keşlə”), Nihad Tamazov (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Elçin Mustafayev (“Sabah”), Hüseyn Seyliğli (“Darica Genclerbirliyi”, Türkiyə), Rafael Məhərrəmli (“Zirə”), Hacıağa Hacılı (“Qarabağ”), Fərid Nəbiyev (“Slaviya Praqa”, Çexiya), Barış Ekincier (“Austria Klagenfurt”, Avstriya), Rövlan Muradov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Tural Bayramlı (“Keşlə”), Şakir Seyidov (“Sabah”), İsmayıl İbrahimli (“Qarabağ”), Elvin Cəfərquliyev (“Sumqayıt”), Ozan Can Kökcü (“Sabah”), Süleyman Əhmədov (“Sumqayıt”) və Doğukan Öksüz (“Eyüpspor”, Türkiyə) dəvət olunublar.

Azvision.az



Teqlər: AFFA   Milli   Heyət   Futbol  





Xəbər lenti