“Real Madrid” ciddi itki ilə üzləşdi

  02 Oktyabr 2019    Oxunub : 1205
“Real Madrid” ciddi itki ilə üzləşdi
İspaniyanın “Real Madrid” klubunun müdafiəçisi Naço Fernandez zədələnib.
Azvision.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Brügge” ilə keçirilən görüşdə dizindən ağır zədə zədə alıb. Bu səbəbdən onun 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, karyerasına Kral klubunda başlayan Naço indiyədək 193 oyunda 9 qol vurub.

Azvision.az

Teqlər: Real-Madrid