"Bu dəfə tam fərqli oyun olacaq" - Dani Kintana

"Bu dəfə tam fərqli oyun olacaq" -    Dani Kintana
  03 Oktyabr 2019    Oxunub:3836
"Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki "Düdelanj" tam başqa komandadır, yetəri qədər təcrübələri var"
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun ispaniyalı futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Yarımmüdafiəçi bu dəfə tam fərqli oyunun olacağını bildirib: "Sabahkı oyunda maksimum diqqətli olmalıyıq".

Qeyd edək ki, "Qarabağ" klubu sabah Avropa Liqasının qrup mərhələsində səfərdə "Düdelanj"la qarşılaşacaq.

Azvision.az



Teqlər: Dani-Kintana   Qarabağ   Avroliqa  





Xəbər lenti