Pompeodan İrana qarşı yeni ittiham

Pompeodan İrana qarşı yeni ittiham
  02 Oktyabr 2019    Oxunub:5872
ABŞ-ın dövlət katibi Mayk Pompeo İranı “Adrian Dərya" tankeri ilə Suriya sahillərində digər bir gəmiyə neft çatdırmaqda ittiham edib.
Azvision.az xəbər verir ki, bu barədə dövlət katibi "Twitter" səhifəsində yazıb.

"İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Böyük Britaniyaya "Adrian Dərya 1"in Suriyaya yanacaq daşımayacağına dair söz verməsinə baxmayaraq, hazırda Suriya sahillərindən yanacaq boşaldır. Bu neft Suriyaya çatdırılırsa, dünya İrandan cavab tələb edəcəkmi?",- deyə Pompeo bildirib.

Pompeo bununla bağlı peyk vasitəsilə çəkilmiş fotonu paylaşıb. Qeyd olunub ki, orada iki gəmi var, biri “Adrian Dərya" adını daşıyır. Gəmilərin Suriyanın Banyas şəhərindəki neft emalı zavodunun olduğu liman bölgəsində yerləşdirildiyi görünür.

Şahanə Rəhimli
Azvision.az







Teqlər: ABŞ   İran  





Xəbər lenti