Putin İrəvanda gərgin anlar yaşadı - VİDEO

   Putin İrəvanda gərgin anlar yaşadı -    VİDEO
  02 Oktyabr 2019    Oxunub:3885
İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə “Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb.

Azvision.az xəbər verir ki, Putin Ali Avrasiya İqtisadi Şurasının iclasının keçirildiyi binaya daxil olarkən gürcü jurnalist ona səslənib.
“Rusiya nə zaman öhdəliklərini yerinə yetirəcək? Öz qoşunları Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracaq?” deyə telekanal əməkdaşı sual ünvanlayıb. Putin isə gülümsəyərək “Rusiya öz öhdəliklərini yerinə yetirir” deməklə kifayətlənib.

Bundan sonra jurnalist təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.



Azvision.az



Teqlər: Putin   İrəvan   Jurnalis  





Xəbər lenti