ABŞ-la Rusiya arasında viza qalmaqalı böyüyür

 ABŞ-la Rusiya arasında viza qalmaqalı böyüyür
  30 Sentyabr 2019    Oxunub:1664
Rusiya nümayəndə heyətinin BMT Baş Assambleyasında iştirak etmək üçün viza ala bilməməsi ilə əlaqədar ABŞ-a cavab hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Asimmetrik cavab da bir variantdır: biz bundan sonra bu barədə düşünməyə davam edəcəyik, amma indi əlbəttə, ABŞ-ın BMT-yə münasibətdə nələr edəcəyi ilə bağlı çox narahat bir çağırış səslənib",- deyə Ryabkov bildirib.

O vurğulayıb ki, bu, sadəcə Rusiya nümayəndələrinə qarşı təxribat deyil, Amerika tərəfinin BMT-yə etinasızlığının nümayişidir.

Ryabkovun sözlərinə görə, ABŞ vizanın verilməsində qəsdən çətinlik yaradır. Rusiya isə Amerikanı "güc mövqeyindən danışmaq" cəhdindən çəkindirməyə çalışır və danışıqlara gəlməyə səsləyir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti