"Düdelanj" - "Qarabağ" matçının hakimləri açıqlandı

"Düdelanj" - "Qarabağ" matçının hakimləri açıqlandı
  30 Sentyabr 2019    Oxunub:1989
Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Düdelanj” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Azvision.az -ın məlumatına görə, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Baş hakim Con Bitona Daniel Makfarlan və Duqlas Potter yan xətt, Donald Robertson isə dördüncü hakim qismində yardımçı olacaq.

Norveçli Yon Eylif Skyervold hakim-inspektor, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti