Zelenski ABŞ-a rəsmi səfərə hazırlaşır
"Rəsmi səfərlə bağlı cədvəl hazırlayırıq və tapşırıqları yerinə yetiririk",- deyə açıqlamasında Yermark bildirib. O, səfərin tarixini elan etməyib.
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker isə qeyd edib ki, Kiyev və Vaşinqton Zelenskinin ABŞ-a səfər tarixini razılaşdırır, yaxın zamanlarda vaxt məlum olacaq. ABŞ və Ukrayna prezidentlərinin görüşündə əsasən təhlükəsizlik məsələlərinin müzakirə olunacağı bildirilir.
Şahanə Rəhimli
Azvision.az