Britaniyadan Rusiya və Çinə müharibə xəbərdarlığı

Britaniyadan Rusiya və Çinə müharibə xəbərdarlığı
  30 Sentyabr 2019    Oxunub:2513
"Rusiya və digər dövlətlərin ərazilərindən təşkil edilən kiberhücumlarla əlaqədar Böyük Britaniya daim müharibə vəziyyətindədir".
Azvision.az -ın "The Daily Telegraph"-a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya Müdafiə Qərargahının rəisi, general Nikolas Karter bildirib.

“Hərbi əməliyyatların dəyişən xarakteri sülh və müharibə arasındakı sərhədlərin bulanıq olduğunu göstərir. Ona görə ki, böyük dövlətlərin rəqabəti, qeyri-dövlət strukturları ilə mübarizə ideyası bizi hər gün təhdid edir".

Generalın sözlərinə görə, hazırda əsas təhlükə informasiya məkanı ilə əlaqədardır. Burada söhbət Rusiya və Çin ərazisindən edilən kiberhücumlardan gedir.

Karter çıxışında Britaniyanın rəqiblərinin istənilən hərəkətini cavabsız qoymayacağına söz verib.

Qeyd edək ki, Rusiya və Çin tərəfi isə iddiaları rədd edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BöyükBritaniya  





Xəbər lenti