“Sabah” bu mövsüm ilk qələbəsini qazandı

 “Sabah” bu mövsüm ilk qələbəsini qazandı
  29 Sentyabr 2019    Oxunub:1692
Azərbaycan Premyer Liqasında 6-cı turun son oyunları keçirilir.
Azvision.az xəbər verir ki, mövsümə uğursuz başlayan "Sabah" klubu "Səbail"lə qarşılaşıb. Görüş İqor Ponomaryovun yeni komandasının 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Cari mövsümdə ilk qələbəsini qazanan "Sabah"ın heyətində Coşqun Diniyev, Cavid İmamverdiyev və Şakir Seyidov fərqləniblər.

Azvision.az



Teqlər: Premyer-Liqa  





Xəbər lenti