Təbii fəlakət 73 nəfərin həyatına son qoydu

Təbii fəlakət 73 nəfərin həyatına son qoydu
  29 Sentyabr 2019    Oxunub:2691
Hindistanda təbii fəlakət onlarla insanın ölümünə səbəb olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Uttar-Pradeş ştatında güclü leysan yağışları nəticəsində 73 nəfər həyatını itirib.

Təbii fəlakətlə əlaqədar bir neçə rayonda məktəblər bağlanıb, sərnişin qatarlarının hərəkəti ləğv edilib. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Azvision.az



Teqlər: Hindistan   Yağış   Fəlakət  





Xəbər lenti