Rusiyanın tanınmış rejissoru vəfat edib

Rusiyanın tanınmış rejissoru vəfat edib
  28 Sentyabr 2019    Oxunub:1757
Rusiyanın tanınmış teatr və kino xadimi Mark Zaxarov vəfat edib.
Azvision.az xəbər verir ki, 85 yaşlı SSRİ Xalq artisti ağciyər iltihabından dünyasını dəyişib.

Qeyd edək ki, Mark Zaxarov 1973-cü ildən baş rejissoru olduğu Lenkom Teatrında 38 tamasaya quruluş verib. Onun ən məşhur rejissorluq işi “Yunona və Avos” rok-operası olub.

Bundan əlavə, Zaxarov Andrey Mironov və Anatoli Papanovun iştirakı ilə “12 stul”, “Məhəbbət formulu”, “Evlənmə”, “Həmin Münhauzen” kimi populyar sovet filmlərinin də rejissoru olub. O, “Səhranın ağ günəşi”, “İf qəsrinin məhbusu” filmlərinin ssenari müəllifi olub.

Azvision.az



Teqlər: MarkZaxarov  





Xəbər lenti