Pakistanın Baş nazirinin olduğu təyyarə təcili eniş edib

Pakistanın Baş nazirinin olduğu təyyarə təcili eniş edib
  28 Sentyabr 2019    Oxunub:1498
BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakdan sonra Pakistana geri dönən və içərisində bu ölkənin Baş naziri İmran Xanın başçılıq etdiyi nümayəndə heyətinin olduğu təyyarə texniki nasazlıq səbəbindən Nyu-York hava limanına qayıtmaq məcburiyyətində qalıb.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı “Geo TV” yayıb. Qeyd olunub ki, təyyarədə texniki nasazlıq Nyu-Yorkdan təxminən 700 kilometr məsafədə aşkarlanıb.

Ekipaj, diaqnostika və problemin aradan qaldırılması üçün hava limanına qayıtmaq barədə qərar qəbul edib.

Hal-hazırda nasazlığın səbəbi, həmçinin Baş nazirin Pakistana nə zaman geri qayıdacağı açıqlanmır.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Pakistan  





Xəbər lenti