Bu gün İstanbul derbisi olacaq

Bu gün İstanbul derbisi olacaq
  28 Sentyabr 2019    Oxunub:1757
Bu gün Türkiyədə İstanbul derbisi keçiriləcək.
Azvision.az xəbər verir ki, Superliqanın 6-cı turunun ikinci günündə əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbaxça” üz-üzə gələcək. “Sarı-qırmızılılar”ın meydanında baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 21.00-da start götürəcək.

Oyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   Türkiyə   Qalatasaray   Fənərbaxça  





Xəbər lenti