Qurban Qurbanov: “Ağır dövrdür, diqqətli olmalıyıq”

  27 Sentyabr 2019    Oxunub : 1160
 Qurban Qurbanov: “Ağır dövrdür, diqqətli olmalıyıq”
"Ağır qrafikdəyik. Futbolçuları oyuna maksimum motivasiya etmək çətindir. Həm fiziki, həm psixoloji yorğunluq hiss olunur"
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VI turunda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdiləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, səhvlər var, amma komanda meydana qələbə üçün çıxır və buna hazırlaşır.

"Komandada yorğunluq hiss etdik. Amma bunu normal qəbul edirəm. Ağır dövrdür, diqqətli olmalıyıq. Belə sıx qrafik istər-istəməz problemlərə gətirib çıxarır. “Düdelanj”la oyuna qədər bir neçə günümüz var. Çalışacağıq ki, bütün futbolçuları normal səviyyəyə gətirək".

Azvision.az

Teqlər: QurbanQurbanov