Cüdoçumuz dünya birinciliyinin bürünc medalını qazanıb

Cüdoçumuz dünya birinciliyinin bürünc medalını qazanıb
  28 Sentyabr 2019    Oxunub:1611
Qazaxıstanda yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir. Yarışların üçüncü günü Azərbaycan millisinin üzvü Vüqar Talıbov bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Luicci Centraçioya qalib gəlib. Bu millimizin Almatı şəhərində qazandığı 2-ci medaldır. Xatırladaq ki, dünən Kamran Süleymanov gümüş medala sahib olub.

Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.

Azvision.az



Teqlər: Cüdo   dünyabirinciliyi  





Xəbər lenti