“İran nüvə silahı istehsalına iddialı deyil” - Həsən Ruhani

“İran nüvə silahı istehsalına iddialı deyil” -  Həsən Ruhani
  27 Sentyabr 2019    Oxunub:1702
"İran nüvə silahı istehsalına iddialı deyil, buna görə də nüvə obyektlərinə nəzarət etməyə icazə verir"
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

"Nüvə silahı əldə etmək istəyən hər kəs nəzarət etmək, müşahidə aparmaq imkanlarını azaldır. Biz isə bunu etmirik"- deyən Ruhani hesab edir ki, Tehranın nüvə sazişi üzrə öhdəliklərinin azaldılmasının üçüncü mərhələsi mühüm əhəmiyyət kəsb edir.

"İndi İran tərəfi uranı zənginləşdirmək üçün daha inkişaf etmiş sentrifuqalardan istifadə edir. Ancaq biz nüvə silahı yaratmaq istəyini qəti şəkildə rədd edirik".

ABŞ prezidenti Donald Tramp isə BMT Baş Assambleyisanın 74-cü sessiyasında bildirmişdi ki, İranın nüvə silahı və raket istehsalına icazə verilməməlidir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Ruhani  





Xəbər lenti