“Mənə prezidentlərin səsini yazmağı təklif etdilər”

“Mənə prezidentlərin səsini yazmağı təklif etdilər”
  26 Sentyabr 2019    Oxunub:1649
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, xarici ölkələrin liderləri ilə telefon danışığının qeydə alınmasına ehtiyac görmür.
Azvision.az "BelTA"ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə ABŞ və Ukrayna prezidentlərinin telefon danışığının mətninin yayımlasına münasibət bildirərkən deyib.

"Sizi təəccübləndirə bilərəm. Mən Putin və ya Zelenski ilə telefon danışıqlarımı qeyd etdirmirəm. Bizdə belə bir təcrübə yoxdur. Mənə iki dəfə səs yazılmasını təklif ediblər. Mən isə demişəm, yox, bu bizim danışığımızdır, onun haradasa qeyd olunmasına ehtiyac yoxdur".

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Belarus  





Xəbər lenti