Lukaşenko Krımın “fətvasını” verdi: “Bu məsələ birdəfəlik bağlanıb”
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın KİV nümayəndələri ilə görüşü zamanı deyib. O, hesab edir ki, Krım bir daha Ukraynanın tərkibinə daxil olmayacaq.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Krımın Ukraynaya geri qaytarılmasına kömək edəcəyinə söz verib.
Şahanə Rəhimli
Azvision.az